İŞİD terror təşkilatı öz lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü təsdiqləyib.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi terror təşkilatı ilə əlaqəli olan “Amaq” saytına istinadən məlumat yayıb.
Agentlik bildirir ki, təşkilat əl-Bağdadinin davamçısı kimi Abu İbrahim əl-Haşimi əl-Qureyşini təyin edib.