• DÜNYA

    19:37 14 mart 2021

İslandiyada 5,3 maqnitudalı zəlzələ olub

İslandiyada 5,3 maqnitudalı zəlzələ olub.

ONA-nın xəbərinə görə, bu barədə ABŞ Geolji Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 14.15 radələrində baş verən zəlzələnin ocağı Aulftanes şəhərindən 9 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.

Avropa-Asiya Seysmoloji Mərkəzi 5,1 maqnitudalı zəlzələ baş verdiyini açıqlayıb. Bildirilib ki, zəlzələnin ocağı paytaxt Reykyavikdən 18 km uzaqlıqda yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat daxil olmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR