• DÜNYA

    02:16 16 dekabr 2020

İspaniyada hər onuncu vətəndaş koronavirusa yoluxub


İspaniya vətəndaşlarının hər 10 nəfərdən biri koronavirus infeksiyasına yoluxub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ölkənin II Karlos adına Sağlamlıq İnstitutu tərəfindən aparılan araşdırmanın nəticəsi bunu deməyə əsas verib.

İnstitutların rəhbəri Raquel Yotti bildirilib ki, ispanların 9,9 faizi koronavirus infeksiyasının daşıyıcısıdır. O əlavə edib ki, bu, əhalinin 4.7 milyonunun yeni növ virusa yoluxması deməkdir”.

Qeyd edək ki, İspaniyada rəsmi olaraq 1,75 milyon koronavirusa yoluxma faktı təsdiqlənib. Bu günə qədər ölənlərin sayı 48 min nəfərə çatıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR