Ötən sutka ərzində İspaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 70 nəfər həyatını itirib.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da İspaniyada koronavirusdan həyatını itirənlərin sayı 28 min 752 nəfərə çatıb.
Son 24 saatda 246 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 235 min 772 nəfərə çatıb.
İspaniya hazırda koronavirusa yoluxma nəticəsində ölənlərin sayına görə ABŞ, Böyük Britaniya və İtaliyadan sonra dünyada dördüncü, koronavirusa yoluxanların sayına görə isə ABŞ, Braziliya, Rusiya və Böyük Britaniyadan sonra beşinci sırada qərarlaşıb.