İspaniyada son sutkada koronavirusa yoluxan 619 nəfər ölüb
  • DÜNYA

  • 14:36 12 Aprel 2020

İspaniyada son sutkada koronavirusa yoluxan 619 nəfər ölüb

Son sutka ərzində İspaniyada yeni tip koronavirusa (Covid-19) yoluxan daha 619 nəfər ölüb.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu, son 3 gündə qeydə alınan ən böyük göstərici olub.

Ümumilikdə, ölkədə virusa yoluxma nəticəsində ölənlərin sayı 16 min 972 nəfərə çatıb. Son sutka ərzində 4 min 167 nəfər koronavirusa yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 166 min 19 nəfər olub. İndiyə qədər koronavirusa yoluxanlardan 62 min nəfər sağalıb.

OXŞAR XƏBƏRLƏR