İsrail Baş Naziri Benyamin Netanyahu ölkəsinin Ağ Ev yaxınlığında izləyici cihazlar quraşdırması barədə məlumatları inkar edərək bunun “tamamilə uydurma” olduğunu bildirib.
APA xəbər verir ki, “amerikanın səsi”nə danışan İsrail səfirliyinin sözçüsü də “Politico” xəbər saytının məlumatını rədd edərək, “İsrail ABŞ daxilində espionaj əməliyyatları keçirmir” deyə bildirib.
Qeyd edək ki, anonim mənbələrə istinad edən “Politico” cihazların bir müddət əvvəl tapıldığını yazıb. Saytın xəbərinə görə, “StingRay” kimi tanınan kiçik izləyici cihazlar “güman ki, Prezident Donald Trampı izləmək üçün qoyulub”.