İsrail ordusunun artilleriyası “Hizbullah” hərəkatının raket atışlarına cavab olaraq Cənubi Livan ərazisinə zərbələr endirilməsini dayandırıb.
APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, iki saata qədər davam edən İsrail zərbələri nəticəsində bir sıra bölgələrdə yanğın baş verib. Bildirilir ki, İsrail hərbçiləri yaşayış məntəqələrinə atəş açmayıb. Bununla belə, Livanın sərhəd bölgələrində İsrailə məxsus pilotsuz uçan aparatlar görünərək, kəşfiyyat xarakterli uçuşlar aparıb.
Livan ordusu qərargahının kommünikesində qeyd olunur ki, digər tərəf Maron-ər-Ras, Aytrun və Yarun şəhərlərinə 100-dən çox raket zərbəsi endirib.