Maliyyə Nazirliyi ilə qarşıdurma səbəbindən tətil edən İsrailin dünyadakı səfirlikləri noyabrın 1-dən işlərini bərpa edəcək.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.
Bundan əvvəl İsrailin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin işçiləri ölkənin xaricdəki diplomatik nümayəndəliklərində tətil elan ediblər. Münaqişəyə səbəb Maliyyə Nazirliyi tərəfindən diplomatların qəbzlərlə təsdiqlənməyən əlavə xərclərinə verginin tətbiq edilməsi olub. İsrailin Bakıdakı səfirliyi də fəaliyyətini müvəqqəti dayandırmışdı.
“Tətil bitib, bütün səfirliklər sabahdan açıq olacaq”, - XİN-in məlumatında belə deyilir.
Mətbuat xidməti bildirir ki, məhkəmə 25 gün ərzində tərəflərin özlərinin, konkret olaraq Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin işçilərinin həmkarlar ittifaqının həll yolu tapmalı olduğu barədə hökm çıxarıb.