İsraildə dini mərasim zamanı yaranmış izdiham nəticəsində 44 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.
Bundan əvvəl 38 nəfərin öldüyü deyilirdi.
***
Saat 05:09
İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində azı 38 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “Haaretz” qəzeti həkimlərə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 60-dan çox insan yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.
Bundan əvvəl “The Times of Israel” 28 nəfərin ölməsi barədə məlumat vermişdi.
Bayram təşkilatçıları tədbirdə 100 mindən çox insanın iştirak etdiyini bildirir.