• DÜNYA

    02:14 20 dekabr 2020

İsraildə ilk dəfə COVID-19 peyvəndi Baş naziri Benyamin Netanyahuya vurulub

İsraildə “Pfizer” şirkətinin istehsalı olan COVID-19 peyvəndi ilk dəfə Baş Nazir Benyamin Netanyahuya vurulub.

APA xəbər verir ki, Tel A-Şomerdəki “Sheba” Tibb Mərkəzində Baş nazirə peyvəndin vurulması İsrail televiziyası ilə canlı yayımlanıb.

Peyvənd vurulmazdan əvvəl Netanyahu deyib ki, bu, 21-ci əsrin çox çətin bir epidemiyasıdır və kiçik dövlətimizin milyonlarla vaksin tədarükü var: “Hər kəs peyvənd olunmalıdır. Məni və Səhiyyə naziri Yuli Edelştini peyvənd olunanlar arasında olmağı xahiş etdim. Bütün İsraillilər üçün şəxsi bir nümunə olmaq istəyirəm”.

Netanyahu əlavə edib ki, bu, həyatı yoluna qaytarmaq istəyənlər üçün həyəcanverici bir andır: “Hər şey bu andan başlayır. Hər kəsdən bizə qoşulmalarını xahiş edirəm”.

Sonra Baş nazir ilkin tibbi müayinədən keçib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR