Bu gün Türkiyənin İstanbul şəhərində növbəti dəfə zəlzələ olub.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, zəlzələ saat 13:59-da baş verib.
Avropa Ağdəniz Seysmoloji Mərkəzi zəlzələnin 5,9 bal gücündə, Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) 5,8, Qəndil Rəsədxanası isə 5,7 bal gücündə olduğunu açıqlayıb.
Zəlzələnin episentri Mərmərə dənizinin Silivri sahilində 7 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntıların olub-olmaması haqqında məlumat yoxdur.