İstanbulun Umraniyə rayonunda narkotik ticarətçiləri ilə polis arasında silahlı insident baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün Umraniyədə polisin keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı qeydə alınıb.
Narkotik ticarətində şübhəli bilinən 3 nəfər avtomobildə gedərkən polis onlara “saxla” əmri verib. Şübhəli şəxslər isə polisin xəbərdarlığına əhəmiyyət verməyərək silahla atəş açıblar.
Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində atışma zamanı şübhəlilərin hamısı həbs edilib. Onlardan birinin yaralandığı deyilir.
Faktla bağlı araşdırma davam edir.