Fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında qəzaya uğrayan sərnişin təyyarəsinin əsas pilotu – heyətin komandiri Türkiyə məhkəməsinin qərarı ilə həbs olunub.
APA xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb.
Bildirilir ki, məhkəmə təyyarə komandiri Mahmud Arslanın “səhlənkarlıq nəticəsində birdən çox insanın ölümünə və yaralanmasına səbəb olmaq” ittihamı ilə həbs olunması barədə prokurorun tələbini təmin edib.
Qeyd edək ki, İzmir-İstanbul reysi ilə hərəkət edən “Pegasus” aviaşirkətinə məxsus sərnişin təyyarəsi yerə enərkən uçuş-eniş zolağından çıxıb və üç hissəyə bölünüb. Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.