İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Salvatore Farina koronavirusa yoluxub.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bazar günü ANSA məlumat yayıb.
General Salvatore Farina bu barədə məlumat verərək artıq özünü yaxşı hiss etdiyini bildirib. Hazırda xəstəxanada xüsusi palatda müalicə olunur.
Qeyd edək ki, virusa yoluxma halları İtaliyanın bütün bölgələrində qeydə alınıb.