• DÜNYA

    08:34 9 oktyabr 2019

İtaliya Parlamenti deputatların sayını 345 nəfər azaldacaq


İtaliya Deputatlar Palatası çərşənbə axşamı günü dördüncü oxunuşda ölkənin ən yüksək qanunverici orqanı üzvlərinin sayının 345 nəfər azaldılmasını nəzərdə tutan konstitusiya qanunu qəbul edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, İtaliyanın siyasi sisteminin fəaliyyətinə ciddi təsir göstərəcək bu sənədin qəbulu parlamentdə təmsil olunan bütün əsas qüvvələr tərəfindən dəstəklənib.

Səsvermə zamanı aşağı palatanın üzvlərinin böyük əksəriyyəti - 553 deputat qanunun lehinə, 14 nəfər isə əleyhinə səs verib.

Konstitusiya qanununun qəbul edilməsi müvafiq prosedura uyğun olaraq, parlamentin hər bir palatasında iki dəfə dinləniləcək, sonra səsə qoyulacaq. Son səsvermədən sonra isə üç ay ərzində onun təsdiqlənməsi ilə bağlı Referendum keçiriləcək.


Qeyd edək ki, yeni qanuna görə, senatorların sayı mövcud olan 315-dən 200-ə, deputatların sayı isə 630-dan 400-ə endiriləcək.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR