İtaliyada koronavirusa yoluxanların sayı 200 nəfəri keçib.
APA "RİA Novosti"yə istinadən xəbər verir ki, fevralın 24-də ölkədə 6-cı insan bu virus səbəbindən dünyasını dəyişib. Yoluxanlar isə əsasən İtaliyanın şimalındadır. Bunlar Lombardiya, Veneto, Pyemont və Emiliya-Romanya regionlarıdır.
Ölən 6 nəfər haqqında açıqlamada bildirilir ki, onların hamısı immuniteti aşağı olan, qısa müddət əvvəl başqa xəstəliklərdən zəifləmiş, həmçinin 68-88 yaş arası insanlardır.
İtaliya hazırda Avropada ən çox koronavirus daşıyıcısının olduğu ölkədir.