• DÜNYA

    22:16 15 mart 2020

İtaliyada bir sutkada 368 nəfər koronavirusun qurbanına çevrilib

İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyası səbəbindən 368 nəfər həyatını itirib, ümumilikdə isə ölkədə virusdan ölənlərin sayı 1809 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin yaydığı açıqlamada deyilir.

Ölkədə hazırda koronavirus daşıyıcılarının ümumi sayı 20603 nəfər təşkil edir. Yoluxma hallarının artmasında da rekord göstərici qeydə alınıb – gün ərzində 2853 nəfər.

Bundan əvvəl 1441 ölüm faktının qeydə alındığı, virusa yoluxanların sayının isə 17750-yə çatdığı deyilirdi.

“Daha 369 nəfər vətəndaşımız sağalıb, İtaliyada ümumilikdə müalicə olunanların sayı 2335 nəfərdir. Yoluxmuşların təxminən yarısı ev şəraitində müalicə alır, onların təxminən 10%-i intensiv terapiya şöbələrindədir”, - Borrelli belə deyib.

Onun sözlərinə görə, koronavirusun İtaliya ərazisində yayıldığı ilk gündən bəri, yoluxanların və ölənlərin də sayı nəzərə alınmaqla, ümumilikdə 24747 nəfərdə virus qeydə alınıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR