İtaliyada son illərdə boşanmaların sayının artması, eyni zamanda ölkədə müflisləşmiş kişilərin də sayının artmasına səbəb olub.
APA “Galpost”a istinadən xəbər verir ki, yerli qanunvericiliyə görə, boşanma zamanı ailənin sahib olduğu yaşayış evinin 60%-i uşaqları yanında saxlayan xanıma verilir.
Bütün boşanmaların 94 faizində isə kişi aliment ödəməli olur ki, bu yalnız uşaqlar üçün deyil, eyni zamanda xanımın özü üçün də nəzərdə tutulub.
Bundan başqa, İtaliya Baş Nazirinin qərarına əsasən, boşanmalar üçün əlavə vergilərin tətbiqinə başlanılıb və boşanan cütlüyün maliyyə problemləri bir qədər də artıb. Elə bu səbəbdən də xristian təşkilatlarından olan könüllülər boşanan kişilər üçün sığınacaq yaratmağa qərar veriblər. Bu kateqoriyaya aid olan kişilər sığınacaqda maksimum 1 il qala biləcəklər.