• DÜNYA

    07:22 25 iyun 2020

İtaliyada son sutkada koronavirusdan 30 nəfər ölüb

İtaliyada son sutka ərzində koronavirusdan 30 nəfər dünyasını dəyişib, 918 nəfər yeni virusa yoluxub.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə ölənlərin ümumi sayı 34644-ə çatıb. Yoluxanların ümumi sayı isə 18 655 nəfərdir.

Ən çox ölüm və yoluxma sayı Şimal Lombardiya bölgəsində qeydə alınıb. Burada son 24 saat ərzində 88 yeni yoluxma müşahidə edilib. Ölənlərin ümumi sayı isə 16586 nəfərdir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR