Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrini qəbul edib.
ONA “Anadolu Agentliyinə” istinadən xəbər verir ki, görüş zamanı Suriyadakı son vəziyyət müzakirə edilib.
Həmçinin təhlükəsiz zonanın yaradılması, Mənbic yol xəritəsinin reallaşdırılması, İŞİD, PKK daxil olmaqla digər terror təşkilatlarına qarşı mübarizə, Suriya probleminin siyasi həlli, ölkənin bərpası və İdlib sazişi müzakirə olunub.
Tərəflər qeyd ediblər ki, təhlükəsiz zonanın yaradılması bölgəni terror qruplaşmalarından təmizləyəcək.