• DÜNYA

    16:28 17 aprel 2019

İbrahim Kalın: "Ankara Türkiyənin NATO-ya üzvlüyünü sual altına almağa icazə verməyəcək"

“Rəsmi Ankara Türkiyənin NATO-ya üzvlüyünü sual altına almağa icazə verməyəcək”.

ONA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara Rusiyadan “S-400” zenit raket komplekslərini aldığına görə Türkiyənin NATO-dan çıxarılması məsələsinin müzakirəsini qəbuledilməz hesab edir.

“Türkiyə NATO-nun tamhüquqlu üzvüdür və alyansda bütün qərarların qəbulunda söz haqqına sahibdir”, - deyə İ.Kalın vurğulayıb.

O bildirib ki, rəsmi Ankara və Vaşinqton arasında əlaqələrdə “S-400” sazişi, “F-35” təyyarələrinin çatdırılması, həmçinin Suriya və FETÖ terror təşkilatı ilə mübarizə məsələlərində fikir ayrılığına görə çətin dönəm yaşanır: "Türkiyə və ABŞ arasında əlaqələr dərin köklərə malikdir. İki ölkə arasında əsas problem Vaşinqton PKK terrorçularını dəstəklədiyinə və Gülənin Türkiyəyə təhvil verilməsi prosesi ləngidildiyinə görə yaranıb".

O, əlavə edib ki, Türkiyə NATO-nun üzvü kimi alyansda öz mövqeyini gücləndirməyə davam edəcək.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR