Rusiyanın Çelyabinsk vilayətində avtobus xəndəyə aşıb.
ONA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, avtobusda 47 uşaq olub.
Qarlı və sürüşkən yolda hərəkət edən avtobusun xəndəyə aşması nəticəsində zərərçəkən olmayıb.
Çelyabinsk vilayət qubernatorunun mətbuat katibi Dmitri Fedeçkin hadisənin təfərrüatlarının araşdırıldığını bildirib.