ABŞ-ın Luiziana ştatına yaxınlaşan “İda” qasırğası güclənərək Saffir-Simpson şkalası üzrə 5 kateqoriyadan 4-cü kateqoriyaya yüksəlib.
ONA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi məlumat yayıb.
Hazırda “İda” qasırğası şimal-qərb istiqamətində saatda 24,1 km sürətlə irəliləyir, qasırğanın mərkəzində küləyin sürəti saniyədə 58,1 metrə çatır.
ABŞ-ın Luiziana, Missisipi və Alabama ştatı sahillərində subasma təhlükəsi elan olunub. Bazar ertəsi regionda leysan yağışlar proqnozlaşdırılır.
Bundan əvvəl Luiziana qubernatoru Con Bel Edvards bildirib ki, “İda” qasırğasının son 50 ildə ən güclü qasırğa olacağından qorxurlar. Luizinada sahib boyu 320 km məsafədə əhalinin evakuasiyası barədə xəbərdarlıq olunub.