“İdai” tropik qasırğası nəticəsində Mozambikdə ölənlərin sayı 446 nəfərə çatıb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Mozambikin ətraf mühit və kənd təsərrüfatı naziri Selzo Korreya bildirib.
Mozambik ətraf mühit naziri Selzo Korreyya deyib ki, təbii fəlakət 531 min insana ziyan vurub, 110 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Prezident Velipe Nyusi qasırğa qurbanlarının sayının 1000 nəfərə çatacağını istisna etməyib.
Qeyd edək ki, ötən həftə “İdai” qasırğası Afrikanın cənub-şərq sahillərində - Mozambik, Zimbabve və Malavidə dağıntılara yol açıb. Mozambikdə təbii fəlakət ən çox Beyra şəhərinə ziyan vurub
***
21 mart, saat 12.13
“İdai” tropik qasırğası nəticəsində Mozambikdə ölənlərin sayı 217 nəfərə çatıb.
ONA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, daha 15 minə qədər insanın yardıma ehtiyacı var.
Mozambik ətraf mühit naziri Selzo Korreyya deyib ki, xilasedicilər indiyə qədər 3 minə qədər insanı xilas edib.
Bundan əvvəl qasırğa nəticəsində 200-dən çox insanın öldüyü açıqlanmışdı.
Qeyd edək ki, ötən həftə “İdai” qasırğası Afrikanın cənub-şərq sahillərində - Mozambik, Zimbabve və Malavidə dağıntılara yol açıb. Mozambikdə təbii fəlakət ən çox Beyra şəhərinə ziyan vurub.