Keçən ay Afrikanın cənub-şərqində baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb.
ONA-nın “Al Jazeera”ya istinadən verdiyi xəbərə görə, daşqınlar nəticəsində, həmçinin təxminən 2 min insan ziyan görüb.
Baş vermiş “İday” qasırğası BMT tərəfindən də “cənub yarımkürəsində ən dəhşətli qasırğalardan biri” kimi xarakterizə olunub. Güclü cərəyanlar evləri, bir neçə körpünü dağıdıb, elektrik kəsilmələrinə səbəb olub. Ən kəskin forması isə Mozambikdə qeydə alınıb.