Suriyanın İdlib şəhərində aparılan hərbi qarşıdurma nəticəsində son 1 həftədə 130 mülki şəxs həyatını itirib.
ONA Türkiyə mediasına istinadla xəbər verir ki, hazırda Əsəd rejiminın komandanlığı altında olan ordu İdlib ətrafındakı əraziləri ələ keçirməyə hazırlaşır.
Verilən son məlumatlara görə, aprelin 25-də bəri İdlibdə azı 325-dən çox mülki vətəndaş yaralanıb.
Yerli mənbələrin məlumatına görə, mülki əhalinin əksəriyyətinin Rusiyaya məxsus təyyarələrdən edilən aviazərbələrin nəticəsində yaralanması istisna edilmir.
Bu arada İdlibin əksər hissəsinə nəzarət edən “Təhrir əl-Şam” terror qruplaşmasının rəhbəri Məhəmməd əl-Colaninin görüntüləndiyi videoda da təyyarələrin manevr etdiyi bəlli olur. Colaninin yanındakı bir şəxslə söhbət etdiyi an onların başı üzərindən bombardmançı təyyarə keçir.
Lakin bu təsvirlərin İdlibdə lentə alınması tam təsdiqini tapmayıb.
Son məlumatlara görə, Colani də məhz Rusiya bombardmançı təyyarələrinin hava hücumu zamanı ağır yaralanıb.