• DÜNYA

    01:44 7 aprel 2019

III Napoleonun varisinin milyonluq üzüyünü oğurlayan şəxs saxlanılıb

Fransa polisi tarixi Fransa imperatoru III Napoleonun nəslindən olan Jan-Kristof Napoleona məxsus brilyant üzüyü oğurlayan şəxsi tutub.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “La Parisien” nəşri yazıb.

Bildirilir ki, üzük tapılıb. Onun qiymətinin bir neçə milyon avro olduğu deyilir. Üzük 32 yaşlı Jan-Kristof Napoleonun avtomobilindən oğurlanıb. Jan-Kristof onu toy günündə nişanlı olduğu qrafinya Olimpiyaya (Belçika kralının qohumu) hədiyyə edəcəkdi.

Cütlük birlikdə valideynlərinə baş çəkməyə gedərkən avtomobilin qapılarını kilidləməyi unudublar. Oğru da avtomobildən üzüyün olduğu qadın çantasını aparıb. Üzüklə bərabər çantada pasport və bank kartları da olub. Elə bu kartların köməkliyi ilə polis oğrunun izini tapıb. Polisə məlum olub ki, naməlum şəxs bank kartları vasitəsilə bahalı restoranda və oteldə ödəniş də edib.

Məlumata görə, saxlanılan şəxs Şərqi Avropadandır. Araşdırma göstərir ki, o, üzüyün dəyəri barədə məlumatsız olub.

Qeyd edək ki, XX əsrdə hazırlanmış həmin üzüyün ətrafında xırda brilyantlar var. Mərkəzində isə 40 karatlıq böyük ağ brilyant yerləşdirilib. Üzük əvvəllər III Napoleon Bonapartın xanımı Yevgeniyaya məxsus olub.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR