Yaponiyada şahzadə vəliəhd Naruhito rəsmən imperator elan olunub.
ONA "BBC News"a istinadən xəbər verir ki, 30 aprel 2019-cu il tarixdən etibarən Yaponiyada Xeysey dövrü (Sülhün yaradılması) 31-ci ilində başa çatıb.
85 yaşlı imperator Akihito səhhətinin pisləşməsi səbəbindən oğlu – 59 yaşlı Naruhitonun xeyirinə taxtdan imtina edib. Bununla da ölkə tarixində ilk dəfə monarxların sağ ikən hakimiyyət dəyişməsi baş verib.
Bu münasibətlə İmperator sarayında ənənəvi mərasim keçirilib. Mərasimdə üç əsas imperiya rəmzləri olan müqəddəs güzgü, qılınc və qiymətli daş yeni imperatora təqdim edilib.
Bundan sonra Naruhitonun xalqa müraciəti, ilk nitqini söyləməsi və ölkənin baş nazirini, parlamentin spikerini, eləcə də Ali məhkəmənin sədrini qəbul etməsi gözlənilir.
Qeyd edək ki, Yaponiyada yeni imperiya dövrü Reyv, yəni “gözəl ahəng” və ya “çiçəklənən dünya” adlanır.