İndoneziyada Sumatra adasının cənub bölgəsində 5,4 bal gücündə zəlzələ olub.
ONA-nın RT-yə istinadən verdiyi məlumatına görə, təkanlar 30 km dərinlikdə baş verib. Zəlzələnin episentri Padanq şəhərinin 143 km şərqində qeydə alınıb.
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat daxil olmayıb.