İndoneziyanın Sulavesi adasında 5,4 bal gücündə zəlzələ olub.
ONA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji xidmətindən məlumat yayılıb.
Seysmoloqların bildirdiyinə görə, zəlzələ yerli vaxtla saat 01:31-də Pendolo şəhərindən 30 kilometr şimal-qərbdə baş verib.
Yeraltı təkanların episentri 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində zərərçəkənlərin olub-olmaması barədə xəbər verilmir.