• DÜNYA

    09:24 24 mart 2019

İndoneziyada 6,1 maqnitudalı zəlzələ olub

Bu gün yerli vaxtla saat 04.37 radələrində İndoneziyanın cənubunda 6,1 maqnitudalı zəlzələ olub.

ONA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Bitunq şəhərindən 141 km şimal-şərqdə, 37,4 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi barədə xəbərdarlıq olmayıb.

Qeyd edək ki, bundan əvvəl yerli vaxtla saat 01.31 radələrində İndoneziyanın Sulavesi adasında 5,4 maqnitudalı zəlzələ olub.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR