• DÜNYA

    01:46 8 iyul 2019

İndoneziyada 7 bal gücündə zəlzələ olub

İndoneziya sahillərində güclü zəlzələ baş verib.

ONA “Life”a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, klimatologiya və geofizika üzrə Mülki İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ 7,0 maqnituda gücündə olub.

Ternate şəhərinin 129 kilometrliyində qeydə alınan yeraltı təkanların ocağı 36 km dərinliyə təsadüf edib.

Dağıntılar və tələfat barədə hər hansı məlumat verilmir. Sunami təhlükəsi barədə də xəbərdarlıq edilməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR