İndoneziyanın Papua vilayətində baş vermiş daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.
ONA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Hadisə nəticəsində 116 nəfər xəsarət alıb. Xilasedicilər itkin düşmüş daha onlarla insanın axtarışını davam etdirir.
Qeyd edək ki, hadisə martın 16-da vilayətin şimal şərq hissəsində baş verib. Güclü leysan yağışları daşqına və torpaq sürüşməsinə səbəb olub. Onlarla ev və iki körpü dağılıb.
Hazırda 120-yə yaxın sakin evakuasiya edilib.