İndoneziyada leysan yağışlar daşqınlara səbəb olub.
ONA-nın "Antara" nəşrinə istinadən verdiyi məlumata görə, cümə günü yağan leysan yağışlardan sonra Benkulu əyalətində bir neçə çay məcrasından çıxıb və ətraf rayonlar altında qalıb.
Daşqın torpaq sürüşmələrinə də yol açıb. Nəticədə 10 nəfər ölüb, 8 nəfər itkin düşüb.
Hazırda xilasedicilər sakinlərin evakuasiyasını həyata keçirir.