• DÜNYA

    12:20 12 may 2019

İndoneziyada seçki komissiyalarının səsləri sayan 500-ə qədər əməkdaşının ölümünün səbəbi açıqlanıb

İndoneziyada seçkilərdən sonra səslərin sayılmasında iştirak edən seçki komissiyalarının 496 əməkdaşının ölümünün səbəbləri açıqlanıb.

ONA-nın "Strait Times" qəzetinə istinadən verdiyi məlumata görə, İndoneziya Səhiyyə Nazirliyi seçki komissiyalarının 496 əməkdaşının səslərin sayılması zamanı ölmələrinin səbəbinin insult və infarkt olduğunu açıqlayıb.

Bundan əvvəl seçki komissiyalarının 2,5 min əməkdaşının gərgin iş rejimi ilə əlaqədar xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Ölənlərin əksəriyyəti 50-70 yaşlı insanlardır.

Səhyyə Nazirliyinin nümayəndəsi Oskara Primadi deyib ki, seçki komissiyalarının üzvlərinin ölümünü onlar üçün gözlənilən olmayıb: "Seçki komissiyalarının vəzifələrini yerinə yetirmələri üçün sağlamlıqlarının yüksək səviyyədə olması lazımdır. Əvvəllər hər hansı xəstəlikdən əziyyət çəkmiş seçki komissiyalarının üzvlərində uzun sürən iş saatından sonra müəyyən simptomlar üzə çıxmağa başlayıb. Cəmiyyət bu məsələ ilə bağlı spekulyasiyalardan uzaq durmalıdır, ölümlər təbii səbəblərdən baş verib".

Qeyd edək ki, İndoneziyada aprelin 21-də eyni vaxtda prezident, vitse-prezident, parlament, regional parlamentlər və bələdiyyələrə seçkilər keçirilib. Hər bir seçici 5 ülleten doldurub və beş ayrı seçki qutusuna atıb. Ölkədə seçici fəallığı 80 faizdən çox olub. Seçkinin rəsi nəticələri mayın 22-dək elan ediləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR