• DÜNYA

    05:03 29 aprel 2019

İndoneziyada səslərin sayılması zamanı ölən MSK üzvünün sayı 270-i keçib

İndoneziyada aprelin 17-də keçirilmiş ümumrespublika seçkilərindən sonra səslərin sayılması zamanı yorğunluqdan ölənlərin sayı 272 nəfərə çatıb.

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Arif Priyo Susanto bildirib.

Onun sözlərinə görə, normadan artıq iş qrafiki səbəbindən daha 1878 nəfərin halı pisləşib. Susanto bildirib ki, ölkənin Maliyyə Nazirliyi ölənlərin ailələrinə təzminat ödənilməsi məsələsi üzərində işləyir.

Qeyd edək ki, səslərin sayılması zamanı MSK işçilərinin iş qrafiki səhər saat 05:00-dan başlayaraq bir sutka davam edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR