Martın 16-da İndoneziyada leysan yağışlar daşqın və torpaq sürüşməsinə yol açıb.
ONA-nın “Alamn dalğası”-na istinadən verdiyi məlumata görə, Papua əyalətində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb, 50 nəfər xəsarət alıb.
Yüzlərlə ev qismən su altında qalıb, xilasedicilər hələ bir çox fəlakət rayonlarına daxil oa bilməyib. Yolların və körpülərin dağılması xilasetmə əməliyyatlarına mane olur.
Papua əyalətində 2 həftə fövqəladə vəziyyət elan edilib. Müvəqqəti sığınacaqlarda 4 mindən çox insan yerləşdirilib.