İndoneziyanın Sulavesi adası yaxınlığında baş verən 7 bal gücündə zəlzələdən sonra ərazidə sunami təhlükəsi elan edilib.
ONA “Reuters”ə istinadən xəbər verir ki, adaya yaxın ərazilərdə yaşayan sakinlərin evakuasiyasına başlanılıb.
Qeyd edək ki, bu gün baş verən zəlzələnin episentri Qorontalo vilayətindən 280 km uzaqlıqda 43 km dərinlikdə qeydə alınıb.
Ölənlər və xəsarət alanlar haqda məlumat verilmir.