• DÜNYA

    14:08 29 aprel 2019

İndoneziyanın paytaxtı Cakartadan başqa şəhərə köçürülə bilər

İndoneziya prezidenti Coko Vidodo ölkənin paytaxtını Cakartadan digər şəhərə köçürmək niyyətini açıqlayıb.

ONA “Kompas”a istinadən xəbər verir ki, bu barədə C.Vidodo hökumətin iclasında bildirib.

“Cakarta eyni zamanda iki vacib məsələnin öhdəsindən gələ bilməyəcək – həm maliyyə, həm də siyasi mərkəz ola bilməyəcək”, - deyə prezident qeyd edib. Onun sözlərinə görə, yeni paytaxtın yerini düzgün seçmək və lazımi infrastrukturu hazırlamaq zəruridir.

Bildirilir ki, İndoneziya hökuməti paytaxtın köçürülə biləcəyi 3 yeri artıq seçib. Bunlar arasında Mərkəzi Kalimantan əyalətində yerləşən Palankaraya şəhəri, Cənubi Kalimantan əyalətində Tanah Bumbu və Şərqi Kalimantanda Penacam rayonudur.

İndoneziyanın milli inkişafın planlaşdırılması naziri Bambanq Broconeqoronun sözlərinə görə, paytaxtın köçürülməsi 10 ilə qədər vaxt ala bilər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR