• DÜNYA

    22:15 26 iyun 2019

İnquşetiyanın rəhbəri dəyişdirildi

Mahmud Əli Kalimatov İnquşetiya rəhbəri vəzifəsini icra edəcək.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Vladimir Putin yeni təyinatla bağlı müvafiq əmr imzalayıb.

Bildirilib ki, bundan əvvəl Rusiya Prezidenti respublikanın sabiq başçısı Yunus-Bek Yevkurovla görüşüb, onun istefasını qəbul edərək, işlədiyi dövrdəki xidmətlərinə görə təşəkkür edib.


Qeyd edək ki, İnquşetiyanın yeni rəhbər vəzifəsini icra edəcək Kalimatov 9 aprel 1959-cu ildə anadan olub. O, Kuybişev Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Samara, habelə İnquşetiya Prokurorluğunda çalışıb.


2015-ci ildən son təyinatadək Samara rayonunda Təbiətə Nəzarət İdarəsinə rəhbərlik edib.
Evlidir, iki övladı var.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR