İnsan orqanlarının il ərzində qeyri-qanuni dövriyyəsi 600 milyon dollar həcmində qiymətləndirilir.
ONA-nın məlumatına görə, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq Mübarizə İdarəsinin hesabatında bildirilir.
Hesabatda dərc olunmuş məlumat Qvatemalada keçirilən insan alveri, orqan və toxumaların ticarətinə dair birinci regional konqresdə səsləndirilib.
Tədbiri işıqlandıran “Prensa Latina” nəşri yazır ki, coğrafi və iqtisadi mövqeyinə görə Qvatemala insan alveri ilə məşğul olan beynəlxalq cinayətkar şəbəkələr üçün cəlbedici ölkədir.