Şri-Lankada törədilmiş partlayışların arxasında kimlərin dayandığının müəyyənləşdirilməsi üçün Beynəlxalq Cinayət Polisi Təşkilatına (İnterpol) müraciət olunub.
ONA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin rəsmi xəbər portalı olan “News.Ik” məlumat yayıb.
Hadisə yerinin müayinəsi, partlayıcı maddələr, terrorla mübarizə, terror qurbanlarının müəyyənləşdirilməsi və hücumların araşdırılması üzrə mütəxəssis qrupu yerli kriminalçılarla birlikdə partlayış baş verən ərazilərə baş çəkəcək.
Araşdırma müddətində terror hücumçularının beynəlxalq əlaqələri də peyk vasitəsilə izləniləcək.
Qeyd edək ki, ölkədə baş vermiş terror hücumlarında ölənlərin sayı 310 nəfərə çatıb. Ölənlərin arasında 12 ölkədən olan 39 əcnəbi də var. Bununla belə, ölən və yaralananların böyük qismi Şri-Lanka vətəndaşıdır.