İran Milli Nüvə Texnologiyası günündə nüvə sənayesi sahəsində 9 yeni məhsulunu təqdim edib.
ONA-nın Tehran bürosunun məlumatına görə, ilk təqdim olunan məhsul Nətənz Atom Elektrik Stansiyasında quraşdırılmış İR6 model sentrifuqadır. Bundan başqa dağının içində tikilmiş yeraltı nüvə obyektində Vakuum Texnologiya Mərkəzi, Nətənz kompleksində Zənginləşdirilmiş Tullantıların İdarə olunması Mərkəzi, “Ümid” elektron tibbi sürətləndirici, “Zonar” adlı sentrifuqa maşını, Quantum Texnologiyası Qurğusu istifadəyə verilib.
Həmçinin xərçəng xəstəliyinin müəyyənləşdirilməsində istifadə olunan radiodərman və digər məhsullar təqdim edilib.