İran hərbçiləri Fars körfəzinin girişində ABŞ-a məxsus kəşfiyyatçı funksiyalı pilotsuz uçan aparatı (PUA) vurub.
APA xəbər verir ki, bu barədə “PressTV” məlumat yayıb.
Telekanalın məlumatına görə, SEPAH-ın hərbçilərinin vurduğu PUA Amerikanın “Global Hawk” tipli aparatıdır.
İran tərəfinin açıqlamasına görə, ABŞ-a məxsus aparat İranın hava məkanını pozub. İnsidentin Hormazqan əyalətini yaxınlığından baş verdiyi deyilir.