İran hərbi dəniz qüvvələrinin kontr-admiralı Hosseyn Hanzadi ABŞ-ı Yaxın Şərqi tərk etməyə çağırıb.
ONA xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat yayıb.
“Aviasiyadaşıyıcı gəminin Fars körfəzinə göndərilməsinə dair danışıqlarla ABŞ, çox güman ki, müharibə ehtimalını artırmaq istəyir”, - Hanzadi belə deyib.
Onun sözlərinə görə, Vaşinqton həmin bölgədən çəkilməlidir. Hanzadi, həmçinin əlavə edib ki, ABŞ-ın Yaxın Şərqdə mövcudluğu “sona çatıb”.