• DÜNYA

    13:19 1 may 2019

İran ABŞ-ın “Müsəlman Qardaşları”nı terror təşkilatı elan etmək planını tənqid edib

İran ABŞ-ın “Müsəlman Qardaşları” hərəkatını terror təşkilatı kimi tanımaq planını tənqid edib.

ONA-nın xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Dohada çıxışında deyib.

"ABŞ başqalarını terror təşkilatı adlandıracaq bir mövqedə deyil və bu mövzuda ABŞ tərəfindən edilən hər bir cəhdi biz rədd edirik. ABŞ bölgədəki ən böyük terrorçunu - İsraili dəstəkləyir", - deyə o bildirib.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlərə açıqlamasında Tramp administrasiyasının “Müsəlman Qardaşları” hərəkatını xarici terror təşkilatı kimi tanımaq planı üzərində işlədiyini deyib.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR