İran aşağı faizli uran istehsalını artırıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Atom Enerji Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi deyib.
Onun sözlərinə görə, bu gündən 3,67 faizlik uranın istehsal həcmi 4 dəfə artırılıb. Məlumata görə, bu, sentrifuqaların sayının artırılması, faiz dərəcəsinin artırılması və ya sentrifuqaların növünün dəyişdirilməsi anlamında deyil, mövcud vəziyyətdə uran istehsalını 4 dəfə artırmaq deməkdir.
B.Kamalvəndi bildirib ki, uran istehsalın 4 dəfə artırılması qarşı tərəf üçün bir mesajdır:
“Uran istehsal potensialının və sentrifuqaların sayının artırılması potensialı daha çoxdur. Ona görə də gec olmadan biz 3,67 faizlik 300 kiloqramdan artıq uran istehsal etmiş olacağıq. Deməli, yaxşı olar ki, qarşı tərəf tez bir zamanda lazımi addımları atsınlar”.
İran Atom Enerji Təşkilatının sözçüsü İranın növbəti addımı və uranın 20 faiz zənginləşdirilməsi ilə bağlı bildirib ki, “bizim texniki ehtiyacımız və yüksək çinli rəsmilərin göstərişi bizim növbəti addımlarımızı müəyyənləşdirməkdə təyinedici rol oynayacaq”.