• DÜNYA

    10:58 2 iyun 2019

İran Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət edib

İran Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət edib.

ONA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, İran Aviasiya Təşkilatının sədr müavini Morteza Dehqan bir sıra beynəlxalq aeroportlarda İran təyyarələrinə yanacaq verilməsindən imtina edildiyi üçün Tehranın Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət etdiyini bildirib.

M. Dehqan deyib ki, ABŞ-ın İran Mülki Aviasiya Təşkilatına sanksiya tətbiq etməsi beynəlxalq hüquq normalarına, ABŞ və müttəfiqlərinin humanitar şüarlarına ziddir: "Təyyarələrdən istifadə edən insanlar sanksiyalardan əziyyət çəkir. Məqsəd İran xalqının dünya ilə kommunikasiya əlaqəsini kəsməkdir. İran tərəfinin apardığı danışıqlara və müzakirələrə baxmayaraq, İran təyyarələrinin yanacaqda təmin edilməsi məsələsi hələ həllini tapmayıb".

Qeyd edək ki, keçən həftə Almaniyada Frankfurt-Tehran təyyarə reysi yanacaq verilməməsi səbəbindən 8 saat saat gecikib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR