İran bu il orbitə 3 peyk göndərməyi planlaşdırır.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib. Nazir peyklərin hansı tarixdə orbitə göndəriləcəyini açıqlamayıb.
O, ABŞ-ın İranın peyk daşıyan raketləri ballistik raket hazırlamaq üçün istehsal etdiyinə dair ittihamlara cavab verib: “İran özünün peyk daşıyan raketlərini inkişaf etdirib və bu gizli deyil. Əgər İran raket istehsal etmək istəyirsə, bunu açıq şəkildə elan edir. Müdafiə üçün bizim buna haqqımız var”.
Nazir İranın orbitə peyk göndərmə proqramının sülh yönümlü olduğunu və bunun ekologiyanın qorunması və su resurslarının idarə edilməsinə yardım üçün həyata keçirildiyini bildirib.