• DÜNYA

    20:40 8 aprel 2019

İran da ABŞ ordusunu terrorçu kimi tanıdığını elan edib

İran ABŞ-ın regiondakı bütün hərbi qüvvələrini terror qruplaşması elan edib.

ONA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

“Birləşmiş Ştatlar rejimini “terrorizmi dəstəkləyən dövlət” və "ABŞ-ın Mərkəzi Komandanlığı”, eləcə də ona bağlı bütün qüvvələri “terror qruplaşması” bilirik”, - deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, bir qədər əvvəl İran xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident Həsən Ruhaniyə məktub yazaraq ABŞ hərbi qüvvələrinin adının Qərbi Asiya bölgəsində terrorçular siyahısına əlavə edilməsini istəyib. M.C.Zərif məktubunda belə bir təklifi "ABŞ qüvvələrinin Qərbi Asiya bölgəsində terror qruplaşmalarını aşkar və gizlin dəstəkləməsi, eləcə də bu ölkə qüvvələrinin terror hərəkətlərində birbaşa iştirakı" əsasında irəli sürüb.

"Bunları nəzərə alaraq, cənab nazir M.C.Zərif prezidentə və ali təhlükəsizlik şurasının sədrinə məktub yazıb və İran parlamentinin "ABŞ-ın bölgədə terror hərəkətlərini və insan hüquqlarını pozmasına qarşı addımlar haqqında" Qanunu rəhbər tutaraq bu ölkə ordusunun adını Qərbi Asiya bölgəsində terrorçular siyahısına salınmasını istəyib", - deyə məktubda bildirilib.

Qeyd edək ki, Ağ Ev bu gün rəsmən İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) adını terrorçu qruplaşmalar siyahısına daxil edib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR